Xarkov itirilə, Ukraynanın Donbasdakı qüvvələri mühasirəyə düşə bilər
Tarix: 08-04-2024 17:07 | Bölmə: Siyasət
Xarkov itirilə, Ukraynanın Donbasdakı qüvvələri mühasirəyə düşə bilər

“Rusiya demək olar, hər gün Xarkovu atəşə tutaraq, şəhərin dinc əhalisinə qarşı terroru davam etdirir. İndi Rusiya Federasiyası üçün strategiya Xarkovu özünə tabe etdirməkdir”.

Reyting.az
xəbər verir ki, bunu “Times” nəşrinə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.

Onun sözlərinə görə, Rusiya insanların yaşadığı yerləri hədəfə alır və dinc əhalini qorxutmağa çalışır.

“Times” həmçinin rusiyalı təbliğatçı Vladimir Solovyovun “Xarkov Yer üzündən silinməlidir”, - sözlərini sitat gətirib.

“Dinc sakinlər raket zərbələri və PUA hücumlarından əziyyət çəkir. Düşmənin əsas hədəfi enerji infrastrukturu obyektləri və yaşayış binalarıdır. Rusiya ilə həmsərhəd bölgənin onlarla kəndi intensiv atəşə məruz qaldıqdan sonra boşaldılıb. Nəticədə Xarkov və onun ətrafında 526 min nəfər məcburi köçkün kimi təsnif edilir”, - nəşr Sinequbovdan sitat gətirir.

Materialda qeyd olunur ki, şəhərin Donetsk hövzəsinə yaxınlığı və dəmiryollarının mərkəzində yerləşməsi Xarkovun strateji əhəmiyyətini göstərir. Xarkov Rusiya sərhədindən 40 kilometr aralıda yerləşir, ona görə də jurnalistlərin qeyd etdiyi kimi, onun ələ keçirilməsi rus ordusunun Donbassda Ukrayna Silahlı Qüvvələrini mühasirəyə almasına imkan verəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}