İrəvan Bakıya sülh sazişi layihəsi ilə bağlı əlavə dəqiqləşdirmələr göndərib
Tarix: 08-04-2024 20:13 | Bölmə: Siyasət
İrəvan Bakıya sülh sazişi layihəsi ilə bağlı əlavə dəqiqləşdirmələr göndərib

Ermənistan Azərbaycan tərəfinin sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə cavab verib.

Reyting.az
-ın xəbərinə görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ani Badalyan deyib.

XİN rəsmisi bildirib ki, söhbət müqavilə layihəsinə dair təkliflərin dəqiqləşdirilməsindən gedir.

Xatırladaq ki, bu yaxınlarda xarici işlər naziri Mirzoyan deyib ki, İrəvan və Bakı sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlarda bir sıra razılaşmalara nail olublar, lakin tərəflərin iki əsas məsələ üzrə baxışları hələ də bir-birindən uzaqdır. Bu, ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin demarkasiyası və infrastrukturların blokdan çıxarılması prosesidir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər