Ermənilər sərhəd məsələlərinin müzakirəsi üçün fövqəladə iclas keçirəcək
Tarix: 09-04-2024 12:16 | Bölmə: Siyasət
Ermənilər sərhəd məsələlərinin müzakirəsi üçün fövqəladə iclas keçirəcək

Ermənistanın hakim “Mülki Müqavilə” partiyası müxalifətin təşəbbüsü ilə sərhədin delimitasiya və demarkasiyası məsələlərini müzakirə etmək üçün parlamentin fövqəladə iclasını keçirmək qərarına gəlib.

Reyting.az
Ermənistan mediasına istinadla xəbər verir ki, iclasa baş nazirin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan da dəvət olunublar.

“Parlamentin bugünkü növbəti iclasının gündəliyinə Ermənistanın baş naziri Nikol Paşinyanın təqdim edəcəyi hökumətin beşillik proqramının ötən il ərzində icrasına dair hesabat daxildir. Dünən “Mülki Müqavilə” partiyası fraksiyasının iclası baş tutub, bütün deputatlara Paşinyanın səfəri günü parlamentdə olmaları tapşırılıb, çünki görüşün Brüsselə uğursuz səfərindən sonra baş verdiyini nəzərə alaraq, müxalifət bu formada arzuolunmaz situasiyalar yarada bilər”,- “Hraparak” qəzeti yazıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}