Ceyhun Bayramov Sadır Japarov ilə müzakirə aparıb
Tarix: 09-04-2024 14:40 | Bölmə: Siyasət
Ceyhun Bayramov Sadır Japarov ilə müzakirə aparıb

Xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb.

Reyting.az
 xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi paylaşım edib.

Bildirilib ki, görüş çərçivəsində tərəflər strateji tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar:

"Ceyhun Bayramov qardaş Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Prezident Sadır Japarov tərəfindən qəbul edilib. Danışıqlar dövlətlərimiz arasında qardaşlıq münasibətlərini səciyyələndirən tam açıqlıq və etimad şəraitində baş tutdu. Tərəflər strateji tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}