Paşinyan Azərbaycanla imzalanacaq sülh müqaviləsini Şoltsla müzakirə edib
Tarix: 09-04-2024 18:31 | Bölmə: Siyasət
Paşinyan Azərbaycanla imzalanacaq sülh müqaviləsini Şoltsla müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını Almaniya kansleri Olaf Şolts ilə müzakirə edib. Bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Reyting.az
xəbər verir ki, Paşinyan və Şolts telefon danışığı zamanı Azərbaycanla münaqişənin həllini müzakirə ediblər.

Ermənistanın baş naziri vurğulayıb ki, ölkə Avropa İttifaqı (Aİ) liderləri ilə razılaşdırılmış prinsiplər əsasında sülh müqaviləsi bağlayacaq. Xüsusilə, Avropa Siyasi Birliyinin Praqa və Qranadada keçirilən sammitlərindən bəhs edilib.

"Paşinyan bu prinsipləri təhrif etmək cəhdlərini qəbuledilməz adlandırıb", - bəyanatda deyilir. O, həmçinin Şoltsa Ermənistandakı islahatları dəstəklədiyinə və Aİ ilə tərəfdaşlığı inkişaf etdirdiyinə görə təşəkkürünü bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}