Blinken dörd ölkənin naziri ilə İranın İsrailə zərbəsini müzakirə edib
Tarix: 15-04-2024 11:18 | Bölmə: Siyasət
Blinken dörd ölkənin naziri ilə İranın İsrailə zərbəsini müzakirə edib

ABŞ dövlət katibi Antoni Blinken Misir, İordaniya, Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirləri ilə İranın İsrail ərazisinə endirdiyi zərbəni müzakirə edib.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Yayılmış bəyanatlardan belə çıxır ki, ABŞ dövlət katibi dörd ölkənin xarici işlər nazirləri ilə İranın İsrailə “görünməmiş hücumunu” müzakirəyə çıxarıb.

Dövlət Departamentinin mətbuat xidmətinin məlumatına görə, Blinken qeyd edib ki, Vaşinqton Yaxın Şərqdə vəziyyəti gərginləşdirməyə çalışmasa da, İsraili və onun regionda yerləşən qoşunlarını müdafiə etməyə hazırdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}