Kreml Makronun ideyasını rədd edib
Tarix: 16-04-2024 17:05 | Bölmə: Siyasət
Kreml Makronun ideyasını rədd edib

Kreml Fransa prezidenti Emmanuel Makronun Ukraynada “Olimpiya atəşkəsi”nə dair çağırışını rədd edib.

“Gardian”-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, belə təşəbbüslərin nəzərdən keçirilməsi prosesini əhəmiyyətli dərəcədə çətinləşdirən nəsə var.

Makronun ideyası ilə bağlı sualı cavablandıran Peskov əlavə edib ki, həm Putin, həm də Rusiya hərbçiləri bir qayda olaraq, Kiyev rejiminin yenidən qruplaşmaq, yenidən silahlanmağa çalışmaq üçün bu cür ideyalardan və təşəbbüslərdən istifadə etdiyini müşahidə ediblər.

Peskov bildirib ki, hələlik atəşkəsə dair rəsmi addımlar atılmayıb.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Yay Olimpiya Oyunları zamanı Ukrayna və Qəzzada atəşkəslə bağlı danışıqlar aparmağa ümid edir. O, bu işdə müxtəlif tərəfdaşların, xüsusən də Çin lideri Si Cinpinin köməyinə ümid bəsləyir.

ELÇİN
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}