14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
“Stratfor”: Ermənistanla münasibətlərin normallaşması Türkiyəni Cənubi Qafqazda gücləndirəcək
Tarix: 22-04-2024 10:39 | Bölmə: Siyasət
“Stratfor”: Ermənistanla münasibətlərin normallaşması Türkiyəni Cənubi Qafqazda gücləndirəcək

“Düşünürəm ki, Ərdoğan və onun partiyası Ermənistanla münasibətlərin normallaşdırılmasının Türkiyə üçün zəruri olduğuna, bunun uzunmüddətli perspektivdə faydalı olacağına, Cənubi Qafqazda Türkiyə və Qərbin nüfuzunun artacağına əmin ola bilər. Bu, maliyyə nöqteyi-nəzərindən də onlar üçün faydalı olacaq”.

Reyting.az
xəbər verir ki, bunu Amerika kəşfiyyat və analitik mərkəzi “Stratfor”un analitiki Metyu Orr bildirib.

M. Orr qeyd edib ki, Türkiyə müxalifəti erməni məsələsinə daha təmkinlə yanaşır:

“Müxalifət partiyalarının erməni məsələsində bir qədər təmkinli mövqeyi var. Ona görə də 2028-ci ildə Ərdoğanın prezidentlik müddəti başa çatdıqda bu mövzu daha aktuallaşa bilər”.

Onun sözlərinə görə, Qərb Türkiyənin Türk Dünyasını yaratmaq niyyəti ilə bağlı vurğularına normal yanaşır: “Əgər alternativ Rusiya, Çin və İranın Mərkəzi Asiya və Cənubi Qafqaza böyük təsiridirsə, Türkiyə ilə Qərbin maraqları üst-üstə düşə bilər”.

Mütəxəssisin fikrincə, Mərkəzi Asiya üçün bu, ən aktual məsələdir, çünki Türkiyə və Qərb olmasa, digər alternativ onların suverenliyinin azaldılmasına, Çin və Rusiyadan daha çox asılılıqdır ki, bu da prinsipcə, ölkə əhalisi və rəhbərliyinə sərfəli olmayacaq: “Ona görə də Türk Dünyasını dəstəkləmək onlar üçün həyati əhəmiyyət kəsb edən məsələdir”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}