Ermənistanda müxalifətin aksiyası baş tutmayıb, kütləvi həbslər var - Video
Tarix: 25-04-2024 18:03 | Bölmə: Siyasət
Ermənistanda müxalifətin aksiyası baş tutmayıb, kütləvi həbslər var

Bu gün Ermənistanda ənənəvi və revanşist müxalifətin təşkilatçılığı ilə vətəndaşlar respublika və paytaxtda bir sıra yol və küçələri bağlamağa cəhd edib.

Reyting.az
Ermənistan mediasına istinadla bildirir ki, polis itaətsizlik hərəkətlərinə tez reaksiya verib, etirazçılara qarşı güc tətbiq edib və həbslər aparıb.

Polisin rəsmi məlumatına görə, 29 nəfər nəzarətə götürülüb.

Bəzi ərazilərdəki aksiyalarda sadə vətəndaşlarla yanaşı müxalifətçi deputatlar da iştirak edir. “Ermənistan” blokunun deputatları Qarnik Danielyan, Qeqam Manukyan və Aspram Krpeyan isə aranı qatmaq məqsədilə Tavuş vilayətinə gediblər.

Qeyd edək ki, bu gün müxalifət əsasən İrəvan-Gümrü, İrəvan-Sevan, İrəvan-Mehri, Aparan-Vanadzor yollarını və paytaxta bəzi iri küçələri bağlamağa cəhd edib.



ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}