18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndi və Şuşaya səfər ediblər - (Yenilənib) - Foto
Tarix: 26-04-2024 18:43 | Bölmə: Siyasət
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndi və Şuşaya səfər ediblər - (Yenilənib)

Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə səfər ediblər.

Reyting.az
AZƏRTAC-a istinadla xəbər verir ki, qonaqlar Xankəndi şəhəri ilə tanış olacaqlar.

***

Bu gün Azərbaycanda səfərdə olan Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə səfər ediblər.

Reyting.az
Milli Məclisə istinadla xəbər verir ki, qonaqlar Xankəndi şəhəri ilə tanış olublar.

Sonra Şuşaya gələn qonaqlar Mərkəzi Meydan, Yuxarı Gövhərağa məscidi ilə tanış olub, Qala divarlarını və Xan qızı bulağını seyr ediblər. Qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib.

Sonra qonaqlar Cıdır düzünə gəliblər. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları və qanları bahasına Şuşanı işğaldan azad ediblər.

Səfər zamanı qonaqları Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Cavanşir Feyziyev, Sahib Alıyev, Elman Nəsirov, Azər Kərimli, Nəsib Məhəməliyev, Sabir Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}