Qazaxıstan: Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə vasitəçi kimi çıxış etmirik
Tarix: 29-04-2024 15:33 | Bölmə: Siyasət
Qazaxıstan: Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə vasitəçi kimi çıxış etmirik

Qazaxıstan hakimiyyəti Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Almatıda görüşünü təşkil edərkən danışıqlarda vasitəçi rolunu oynamayacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə bildirib.

“Biz Almatıda belə danışıqları planlaşdırırıq. İndi biz Azərbaycan və Ermənistandakı həmkarlarımızla əlaqə saxlayırıq. Qarşıdakı danışıqlar yalnız tərəflər arasında aparılacaq. Qeyd etmək istərdim ki, biz Astananın vasitəçiliyindən danışmırıq, yalnız xoşməramlı xidmətlər təqdim edirik”, - Smadiyarov bildirib.

Xarici İşlər Nazirliyinin nümayəndəsi xatırladıb ki, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Azərbaycana və Ermənistana son səfərləri zamanı bu ölkələr arasında möhkəm uzunmüddətli sülhün bərqərar olmasının vacibliyini qeyd edib. Tokayev həmçinin Qazaxıstanın Bakı və İrəvan arasında danışıqlar üçün platforma yaratmaqla yardım göstərməyə hazır olduğunu açıqlayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}