Paşinyan Putinin andiçmə mərasiminə getməyəcək
Tarix: 29-04-2024 16:20 | Bölmə: Siyasət
Paşinyan Putinin andiçmə mərasiminə getməyəcək

Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə saat 12.00-da baş tutacaq. Rusiyada keçirilən prezident seçkilərindən sonra gündəmdə olan məsələlərdən biri də Ermənistan baş naziri Nikol Paşinyanın mərasimdə iştirak etmək üçün Rusiyaya gedib-getməyəcəyidir.

Reyting.az
-ın məlumatına görə, “MediaHub” mənbələrinə istinadla iddia edir ki, Nikol Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməmək qərarı verib. Çünki Ermənistan mahiyyətcə, bir daha göstərmək istəyir ki, müttəfiq kimi Rusiyadan narazıdır.

Bildirilir ki, Paşinyan yalnız mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etmək üçün Rusiyada olacaq. Ancaq mayın 9-da Qələbə günü ilə bağlı təşkil olunan tədbirlərdə iştirak etməyəcək: bu, artıq Qərbin tələbidir.

“Biz baş nazirin bütün səfərləri barədə operativ şəkildə adekvat məlumat veririk”,-deyə Ermənistan hökumətinin mətbuat xidmətinin yayılan məlumatlara münasibətində bildirilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}