23:54 / 20-05-2024
Masallı sakini güllələnib
Beynəlxalq Cinayət Məhkəməsi baş nazirin həbsinə order verə bilər
Tarix: 30-04-2024 10:03 | Bölmə: Siyasət
Beynəlxalq Cinayət Məhkəməsi baş nazirin həbsinə order verə bilər

Beynəlxalq Cinayət Məhkəməsi baş nazir Benyamin Netanyahu da daxil olmaqla, İsrail hakimiyyətində təmsil olunan bəzi şəxslərin həbsinə qərar verə bilər.

Reyting.az
-ın məlumatına görə, belə bir iddia ilə “Bloomberg“ çıxış edib.

Nəşr yazır ki, bu addım Qəzza sektorunda sülhə nail olunması yolunda ciddi maneə yaratmaqla yanaşı, əldə olunacaq potensial atəşkəs razılaşmasının icrasını mümkünsüz edəcək.

Müəllifin qənaətincə, hazırda rəsmi Vaşinqton məhz bu səbəbdən İsrail tərəfinin danışıqlardan imtina edəcəyindən ehtiyatlanır.

Ötən gün Ağ evin mətbuat katibi Karin Jan-Pyer mətbuata açıqlamasında ölkəsinin bu addımı dəstəkləmədiyini bəyan edib.

İddialara görə, B. Netanyahu ABŞ prezidenti Co Baydenə zəng edərək, bu qərarın icrasını dayandırmağa dəstək verilməsini xahiş edib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}