Mərkəz rəhbəri Anar Məmmədli hakim qarşısına çıxarılacaq
Tarix: 30-04-2024 11:03 | Bölmə: Siyasət
Mərkəz rəhbəri Anar Məmmədli hakim qarşısına çıxarılacaq

Ötən gün polis tərəfindən saxlanılan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli bu gün məhkəmə qarşısına çıxarılacaq.

Bu barədə Lent.az-a Anar Məmmədlinin vəkili Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, A. Məmmədli Xətai Rayon Polis İdarəsinə saxlanılır:

"Hələ müvəkkilimlə görüşməyə icazə verilməyib. Məndə olan məlumata görə, Anar Məmmədli Xətai Rayon Polis İdarəsində saxlanılır. Bu gün məhkəməyə çıxarılma ehtimalı var".

Xatırladaq ki, Anar Məmmədli ötən gün polis əməkdaşları tərəfindən saxlanılıb. Polislər onun evində axtarış aparıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}