23:54 / 20-05-2024
Masallı sakini güllələnib
ATV telekanalının sabiq prezidentinin həbs müddəti uzadılıb
Tarix: 30-04-2024 15:41 | Bölmə: Siyasət
ATV telekanalının sabiq prezidentinin həbs müddəti uzadılıb

Bu ilin yanvarında Binəqədi rayonundakı mebel sexində 10 nəfərin ölümünə səbəb olan partlayışa görə həbs edilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işi üzrə ibtidai araşdırma davam edir.

Məlumata görə, təqsirləndirilən şəxslər yenidən məhkəmə qarşısına çıxarılıb. Prokuror seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən uzadılmasını xahiş edib.

Binəqədi Rayon Məhkəməsi təqdimatı əsaslı hesab edib. Qərara əsasən, T.İbrahimov və T.Rzayevin həbsdə saxlama müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır. O, uzun müddət ATV telekanalının prezidenti olub(“Qafqazinfo”)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}