16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
G7 ölkələri Rusiyanın nüvə enerjisinə qarşı çıxır - Bəyanat
Tarix: 01-05-2024 12:36 | Bölmə: Siyasət
G7 ölkələri Rusiyanın nüvə enerjisinə qarşı çıxır

G7 ölkələrinin energetika nazirləri nüvə enerjisi sahəsində Rusiya məhsullarından asılılığı azaltmaq barədə razılığa gəliblər.

Reyting.az
xəbər verir ki, bu barədə İqlim, energetika və ətraf mühit nazirlərinin iclasının yekunları üzrə qəbul edilən bəyanatda deyilir.

“Biz G7 liderlərinin Rusiyanın təsirindən azad şaxələndirilmiş yanacaq tədarükü zəncirinin yaradılmasını təşviq etmək, eləcə də tədarüklərini diversifikasiya etmək istəyən ölkələrə kömək göstərmək də daxil olmaqla, Rusiyadan mülki nüvə məhsulları ilə bağlı asılılığı azaltmaq öhdəliyini bir daha təsdiq edirik”, - deyə bəyanatda qeyd edilir.

G7 həmçinin Rusiyanın Ukraynanın Zaporojye atom elektrik stansiyasını ələ keçirməsini və nüvə təhlükəsizliyi üçün ciddi risklər yaradan və daha geniş beynəlxalq ictimaiyyət üçün təsirləri olan hərbiləşdirilməni pisləyib.

“Times” yazır ki, Zaporojye AES Putinin yeni silahı ola bilər. Qeyd olunur ki, MAQATE və BMT-nin səylərini dəstəkləmək üçün növbəti nəhəng ekoloji və humanitar fəlakətin qarşısını almaq üçün Zaporojya AES-in ətrafında silahsızlaşdırılmış zona yaratmaq lazımdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}