Siyarto: “NATO Rusiya-Ukrayna savaşında qırmızı xətti keçməməlidir”
Tarix: 04-05-2024 14:17 | Bölmə: Siyasət
Siyarto: “NATO Rusiya-Ukrayna savaşında qırmızı xətti keçməməlidir”

NATO qoşunlarının Ukraynaya gəlməsi Üçüncü Dünya Müharibəsinin başlaması demək olacaq.

Reyting.az
xəbər verir ki, bunu NATO üzvü olan Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Baş diplomat Fransanın LCI telekanalına müsahibəsində bildirib ki, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaq əvəzinə sülh üçün çalışmalıdırlar.

“Ukraynada avropalı və ya amerikalı hərbçilər varsa, deməli, biz NATO-nun cızdığı qırmızı xətti keçirik. Hətta bir NATO üzvü öz qoşunlarını Ukraynaya göndərsə, bu, Rusiya ilə birbaşa münaqişə - Üçüncü Dünya Müharibəsi demək olacaq. Heç kim bunu istəmir, çünki heç kim Avropaya hücum etməyib”, - deyə Macarıstanın baş diplomatı əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}