Parlament sədri jurnalistləri döymək istəyir
Tarix: 06-05-2024 15:40 | Bölmə: Siyasət
Parlament sədri jurnalistləri döymək istəyir

Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistləri döymək istəyini etiraf edib.

Reyting.az
erməni mediasına istinadla bildirir ki, spiker bu sözləri parlamentin tribunasından müxalifətçi deputat Qeqam Nazaryana müraciətində səsləndirib.

“Sizə hörmətim var. Amma nifrət təbliğatından danışarkən, yoldaşlarınızın nə dediyini görürsünüzmü? Geqam Manukyan son lənət sözlərini yazır. İşxan Saqatelyan müsahibəsində son söyüşləri deyir. Levon Köçəryanın köməkçisi jurnalisti döyür. Sizcə mən jurnalistləri döymək istəmirəm? Amma buna haqqım yoxdur. Bu barədə düşünməyə belə haqqım yçatmır, bu qadağandır. O vaxtlar bitdi. Onlar belə əxlaqa sadiq qalıblar və onlara əməl edirlər”, - Simonyan deyib.

Xatırladaq ki, Simonyanın əvvəllər həm Milli Assambleyada akkreditə olunmuş jurnalistlərlə, həm də parlamentdən kənarda olan jurnalistlərlə münaqişəsi olub.

Simonyan müxalifətə yenidən izah edib ki, hakimiyyət müstəqil dövlət kimi Ermənistanın dünyadakı rolunu gücləndirməyə çalışır. “Azərbaycanın ərazi bütövlüyünü tanıdığımız üçün bizi qınayırlar. Bəli, çünki bu ərazi bütövlüyü bizim ərazi bütövlüyümüzlə bağlıdır, çünki siz deyəndə ki, qardaş, bu sənindir, artığına ümid etmə, bununla da ərazi bütövlüyünü bərqərar edirsən”,- deyə erməni spiker əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}