Muxtar Babayev Rusiya nümayəndələri ilə COP29-a hazırlığı müzakirə edib
Tarix: 07-05-2024 00:11 | Bölmə: Siyasət
Muxtar Babayev Rusiya nümayəndələri ilə COP29-a hazırlığı müzakirə edib

Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Moskvada Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu Tərəflər Konfransına hazırlığı müzakirə edib.

Reyting.az
-ın xəbərinə görə, Rusiya hökumətinin saytında bildirilir ki, danışıqlarda iki ölkənin ekoloji əməkdaşlığının aktual məsələləri və Rusiya nümayəndə heyətinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi planlaşdırılan 29-cu sessiyasında iştirakına hazırlıq nəzərdən keçirilib.

Qeyd edilir ki, görüşdə Rusiya prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev, iki ölkənin nazirliklərinin nümayəndələri iştirak ediblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}