Paşinyan: “Bütün ermənilərin katolikosu Ermənistanda siyasi hərəkata rəhbərlik edir”
Tarix: 07-05-2024 17:52 | Bölmə: Siyasət
Paşinyan: “Bütün ermənilərin katolikosu Ermənistanda siyasi hərəkata rəhbərlik edir”

“Bu gün Ermənistanda siyasi hərəkata bütün ermənilərin katolikosu rəhbərlik edir”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanbu gün keçirdiyi mətbuat konfransında bildirib.

Jurnalistin “Münasibətlərin belə böhranlı olduğu bir şəraitdə II Qaregin xalqın mənəvi maraqlarına xidmət etməkdə və erməni xalqını təmsil etməkdə nə qədər davam edə biləcək? Vəziyyətin belə inkişafında o, məsuliyyət daşımalıdırmı?” sualına baş nazir konkret cavab verib.

Paşinyan deyib ki, hökumət kilsənin işlərinə qarışmamalıdır. “Nə olacaq, nə olmayacaq. Sonda Erməni Apostol Kilsəsinin öz qayda-qanunları var, bu detalları bilmirəm. Aydındır ki, bu gün Ermənistanda siyasi hərəkata bütün ermənilərin katolikosu rəhbərlik edir. Və niyə katolikos siyasi hərəkata rəhbərlik etməlidir? Hərəkatın nümayəndəsi bəyan edib ki, məqsəd Ermənistanda “keçmişləri” hakimiyyətə gətirməkdir. Bu ssenari 2021-ci il seçkilərindən sonra təqdim olunub, onu “Ermənistan” blokunun rəhbəri təqdim edib - Ermənistanda hakimiyyət dəyişikliyini kilsə vasitəsilə necə həyata keçirmək olar. Bütün ermənilərin katolikosunun xeyir-duası nə deməkdir? Bu o deməkdir ki, din xadimi bütün ermənilərin katolikosunun icazəsi və göstərişi olmadan siyasi mətni tələffüz edə bilməz. Aydındır ki, prosesin lideri bütün ermənilərin katolikosu, icraçısı isə “Ermənistan” blokunun rəhbəri Robert Köçəryandır”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}