23:54 / 20-05-2024
Masallı sakini güllələnib
Mişustin Rusiya hökumətinin sədri vəzifəsinə təsdiqlənib
Tarix: 10-05-2024 17:32 | Bölmə: Siyasət
Mişustin Rusiya hökumətinin sədri vəzifəsinə təsdiqlənib

Dövlət Duması plenar iclasda Mixail Mişustinin Rusiya hökumətinin sədri vəzifəsinə təsdiq edilməsinə səs verib. Mişustinin bu vəzifəyə təyin edilməsi üçün Parlament Palatasının müvafiq qətnaməsi Rusiya prezidenti Vladimir Putinə göndəriləcək.

Reyting.az
-ın xəbərinə görə, Dövlət Dumasının deputatları tərəfindən qəbul edilən qərarda deyilir ki, Mixail Vladimiroviç Mişustin Rusiya Federasiyası Hökumətinin sədri vəzifəsinə təsdiq edilsin, bu qərar Rusiya Federasiyasının Prezidentinə göndərilsin.

Qeyd edək ki, Mişustinin namizədliyi ilə bağlı təklif mayın 10-da Rusiya prezidenti Vladimir Putindən Dövlət Dumasına daxil olub.

Mişustinin namizədliyini səsvermədə iştirak edən 432 deputatdan 375-i dəstəkləyib, 57 deputat bitərəf qalıb, əleyhinə səs verən olmayıb.

Daha əvvəl Gennadi Züqanov bildirmişdi ki, Kommunist Partiyası fraksiyası Mişustinin baş nazir postuna namizədliyi ilə bağlı səsvermədə bitərəf qalacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}