Rusiya Kiyevi və Lvovu işğal etməklə hədələdi
Tarix: 30-11-2018 15:26 | Bölmə: Siyasət
Rusiya Kiyevi və Lvovu işğal etməklə hədələdi

Rusiya birbaşa Xarkovu, Odessanı, Kiyevi və Lvovu işğal etməklə hədələyib.

Reyting.az Ukrayna mediasına istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Ukraynada Rusiyanın konsulluğuna hücumla bağlı suala cavabında bəyan edib.

“Mən xatırlatmaq istəyirəm ki, Ukraynanın diplomatik konsulluğunun nümayəndələri burada işləyir və burada ukraynalı diplomatlar var. Biz onları müdafiə edirik. Ancaq biz başa düşürük ki, insanlarda istənilən səbrin də bir həddi var hissi yaranır”, - Zaxarova vurğulayıb.

Zaxarova əlavə edib ki, Rusiyadan öz diplomatik nümayəndəliklərini Kiyev və Lvov şəhərindən başqa yerə dəyişdirmək tələb etmək olmaz.

“Başa düşürsünüz, bizim yaxınlardakı tarixi nümunə ondan xəbər verir ki, bəzən köçürülməsi lazım olmur, bəzən elə alınır ki, diplomatik nümayəndəliyin statusu dəyişir. Bax, sizin üçün nümunə, Simferopolda baş konsulluq vardı, sonra Xarici İşlər Nazirliyinin regiondakı nümayəndəliyi oldu. Belə də olur”, - o, söyləyib.

Xatırladaq ki, 2018-ci il noyabrın 26-dan Ukraynanın Rusiya ilə sərhədindəki vilayətlərdə hərbi vəziyyət qüvvədədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər