Mirzoyan: Ermənistan XİN-nin keçmiş rəhbərləri fərarilərdir
Tarix: 13-05-2024 15:01 | Bölmə: Siyasət
Mirzoyan: Ermənistan XİN-nin keçmiş rəhbərləri fərarilərdir

“Ermənistan Respublikasının keçmiş xarici işlər nazirləri, təcrübəli diplomatlar suveren Ermənistanın ərazisinə hücum olanda öz postlarını, səngərlərini tərk etmiş fərarilərdir. Bu şəxslərə, onların mövqelərinə münasibətdə zərrə qədər ciddi ola bilmərəm. Bu, ən yumşaq qiymətləndirmədir. Amma reallıq bundan da pisdir”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tanınmış diplomatların, o cümlədən ölkəsinin Xarici İşlər Nazirliyinin (XİN) sabiq rəhbərlərinin Almata Bəyannaməsinin Azərbaycanla sərhədin delimitasiyası üçün əsas ola bilməyəcəyi ilə bağlı dediklərini şərh edərkən bildirib.

Mirzoyan deyib ki, bu insanlar Almatı Bəyannaməsini və ona əsaslanan sülh prosesini hədəfə almaqla Ermənistan Respublikasının suverenliyini, dövlətçiliyini və ərazi bütövlüyünü hədəfə alırlar. “Ən yaxşı halda, istəmədən, ən pis halda başqa ölkənin diktəsi ilə bunu edirlər”, - Mirzoyan əlavə eib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər