XİN İrana başsağlığı verib: "Dəhşətli xəbər bizi dərindən kədərləndirdi"
Tarix: 20-05-2024 10:24 | Bölmə: Siyasət
XİN İrana başsağlığı verib: "Dəhşətli xəbər bizi dərindən kədərləndirdi"

Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.

Reyting.az
 xəbər verir ki, başsağlığında bu acı gündə Azərbaycanın qardaş və dost İran İslam Respublikası ilə həmrəy olduğu qeyd olunub:

"Helikopter qəzası zamanı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahyanin, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhmətinin, Təbrizin imamı Məhəmməd Əli Haşemin və onları müşayiət edən digər şəxslərin həlak olması ilə bağlı dəhşətli xəbər bizi dərindən kədərləndirdi. Faciəvi qəza zamanı bütün həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".




Bölməyə aid digər xəbərlər