İran hakimiyyəti prezidentin ölümü ilə bağlı təcili bəyanat yayıb
Tarix: 20-05-2024 12:19 | Bölmə: Siyasət
İran hakimiyyəti prezidentin ölümü ilə bağlı təcili bəyanat yayıb

İran hökuməti İslam Respublikasının prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı təcili bəyanat yayıb.

Reyting.az
-ın “Mehr” agentliyinə istinadla verdiyi məlumata görə, nazirlər əmin ediblər ki, faciəyə baxmayaraq, ölkənin idarə olunmasında pozuntulara yol verməyəcəklər.

Nazirlər Kabineti həmçinin Rəisinin dövlət başçısı kimi rolunu qiymətləndirib:

“O, zəhmətkeş və yorulmaz, ölkənin inkişafı və tərəqqisi yolunda ancaq böyük İran xalqına xidmət etmişdir. O, vədinə sadiq qaldı və canını millətə qurban verdi”.

Qeyd edək ki, bundan əvvəl İranın vitse-prezidenti Möhsün Mənsuri İbrahim Rəisinin helikopter qəzasında öldüyünü təsdiqləyib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də helikopter qəzasında həlak olublar.

ELÇİN




Bölməyə aid digər xəbərlər