Tehran Rəisinin ölümünə görə ABŞ və İsraili ittiham edə bilər
Tarix: 21-05-2024 10:10 | Bölmə: Siyasət
Tehran Rəisinin ölümünə görə ABŞ və İsraili ittiham edə bilər

İran rəsmiləri İslam Respublikasının prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğramasına görə ABŞ və ya İsraili ittiham edə bilərlər. Bu səbəbdən Birləşmiş Ştatlar administrasiyası məsələyə çox ehtiyatla yanaşır.

Reyting.az
-ın xəbərinə görə, “Politico” nəşri öz mənbələrinə istinadla xəbər verir ki, Vaşinqton Tehranın reaksiyasını diqqətlə izləyir, regional status-kvonu saxlamağa ümid edir və eyni zamanda hipotetik ittihamların İsraillə münasibətlərdə gərginliyin artmasına səbəb ola biləcəyindən ehtiyat edir.

Qeyd olunur ki, Amerika hakimiyyətinin fikrincə, yaxın gələcəkdə İran siyasətində dəyişikliklərin baş vermə ehtimalı azdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər