Təbriz Rəisi ilə vidalaşır
Tarix: 21-05-2024 11:53 | Bölmə: Siyasət
Təbriz Rəisi ilə vidalaşır

Təbriz şəhərində İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianla vida mərasimi başlayıb.

Reyting.az
İRNA agentliyinə istinadla xəbər verir ki, vida yürüşündə böyük əksəriyyəti matəm rənglərində geyinmiş bir neçə min insan iştirak edir. Vida mərasimlərinin İranın digər şəhərlərində də keçiriləcəyi bildirilir.

Helikopter qəzasında həlak olanların cənazələri Təbrizdən sonra ümumi cənazə namazı üçün Tehrana gətiriləcək. Rəisi mayın 23-də doğulduğu Məşhəd şəhərində İmam Rza məqbərəsində dəfn olunacaq.

Məlumata görə, hökumət binalarında dövlət bayraqları yarıya qədər endirilib. Vida mərasimində insanlar helikopter qəzası qurbanlarının portretlərini gəzdirir və emosiyalarını cilovlaya bilmirlər.

Bildirilir ki, prezident helikopterinin qəzaya uğraması nəticəsində həlak olan 8 nəfərin hamısının - beş sərnişin və üç ekipaj üzvünün cəsədlərini 10 minə yaxın insan müşayiət edir.

İranın mərhum prezidenti ölümündən xeyli əvvəl şiələrin əsas müqəddəslərindən olan İmam Rzanın məqbərəsində dəfn olunmasını xahiş edib.

Onu da qeyd edək ki, Rəisinin vəfatından sonra onu “Xadəm ər-Rza”, yəni İmam Rzanın xidmətçisi adlandırmağa başlayıblar. Prezidentin vəfatı İmam Rzanın mövludu gününə təsadüf edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər