Avropada Gürcüstanla vizasız rejimin ləğvi təklif olunur
Tarix: 22-05-2024 14:20 | Bölmə: Siyasət
Avropada Gürcüstanla vizasız rejimin ləğvi təklif olunur

“Xarici agentlər haqqında” qanunun qəbulu ilə əlaqədar Gürcüstanla Avropa İttifaqı (Aİ) arasında vizasız rejim ləğv oluna bilər.

Reyting.az
“Financial Times”-ə istinadla xəbər verir ki, belə bir təklif Avropa İttifaqında səslənib.

Estoniya, Hollandiya, Çexiya və İsveç 2017-ci ildən qüvvədə olan rejimin ləğvindən danışıblar. Təşəbbüs müəllifləri Tbilisiyə qarşı məqsədyönlü sanksiyaların tətbiqini və Aİ fondlarından vəsaitlərin dondurulmasını da təklif ediblər.

Gürcüstanın hakim partiyası “Xarici agentlər haqqında” qanun layihəsinə etirazlar fonunda bildirib ki, bəzi qüvvələr ölkənin daxili sabitliyini pozmağa çalışır, burada söhbət masonlardan və qlobal müharibə partiyasından gedir.

Xatırladaq ki, ötən həftə Gürcüstan prezidenti “Xarici agentlər haqqında” qəbul edilmiş qanunu imzalamaqdan imtina edərək, bunu ölkəsinin “Avropa yoluna” maneə adlandırıb. Sənəd ölkədə etirazlara səbəb olub, Aİ bunu Gürcüstanı Aİ-yə qəbul etməmək üçün səbəb adlandırıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər