Prezident sələflərinin təyyarələrini satacaq, pensiyalarını kəsəcək
Tarix: 03-12-2018 10:27 | Bölmə: Siyasət
Prezident sələflərinin təyyarələrini satacaq, pensiyalarını kəsəcək

Meksikanın yeni seçilən prezidenti Amdres Manuel Lopes Obrador dəyəri 218 milyon dollara yaxın olan Boeing 787 Dreamlineri satmağa hazırlaşır.

Reyting.az bildirir ki, “Reuters”in məlumatına görə, bundan əvvəl prezident 60 dövlət təyyarəsi və 70 helikopterini satmaq planını açıqlayıb.

- Biz siyasətçi-korrupsiyaçıların istifadə etdikləri bütün təyyarə və helikopterləri satırıq, - Obrador niyyətini belə izah edib.

Prezident sələflərinin təyyarələrini satacaq, pensiyalarını kəsəcək

Məlumdur ki, prezident təyyarəsi dekabrın 3-də ABŞ-a aparılacaq.

Meksikanın rəhbəri keçmiş prezidentlərə pensiya verilməsini dayandıracağına və məmurların əməkhaqqının azaldılacağına da vəd verib.

Məlumata görə, dekabrın 1-də baş tutan inauqurasiyadan əvvəl Lopes Los Pinos prezident iqamətgahının qapılarını şəhərlilər üçün açıb. Ciddiliyi ilə tanınan Andres dəfələrlə bəyan edib ki, prezident iqamətgahında yaşamağı planlaşdırmır və oranı mədəniyyət mərkəzinə çevirəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər