13:41 / 10-01-2025
Sabah yağış yağacaq
Ermənistan hakimiyyəti ilə İran arasında problem yaranıb - Politoloq
Tarix: 23-05-2024 17:12 | Bölmə: Siyasət
Ermənistan hakimiyyəti ilə İran arasında problem yaranıb

“Ermənistan və İran İslam Respublikasının hakimiyyət orqanları arasında problemlər var və bu, göz qabağındadır”.

Reyting.az
xəbər verir ki, bunu politoloq Suren Petrosyan deyib.

Xatırladaq ki, dünən Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə Ayətullah Əli Xamenei bildirib ki, İranla Ermənistan arasında münasibətlərin əleyhdarları var, ona görə də iki ölkə ilə bağlı məsələlər böyük diqqətlə həll olunmalıdır.

Petrosyan isə deyib ki, Ermənistan-İran münasibətlərində maneələr üçüncü ölkələrdən asılı deyil, onların əksəriyyətinə Ermənistan hakimiyyəti səbəb olur. O, problemlərin ölkə və ya erməni xalqı ilə deyil, konkret hakimiyyətlə bağlı olduğunu vurğulayıb.

“Bu, strateji əhəmiyyət kəsb edən məsələdir, çünki İran bizim üçün dost ölkədir, son dərəcə mühüm tərəfdaşdır, strateji əhəmiyyət kəsb edən dövlətdir. Bu problemlər mümkün qədər tez aradan qaldırılmalıdır. Bizdə dövlətin, onun strateji marağının nə olduğunu anlayan adekvat gücümüz olduqda problemləri həll etmək mümkündür”, - Petrosyan əlavə edib.

Politoloq əmindir ki, erməni hakimiyyəti problemlərin bir çoxunun gizlədir. Onun sözlərinə görə, Ermənistanın mövqeyi göz qabağındadır - yumşaq desək, İranla dərindən əməkdaşlıq etmək yox.

Petrosyanın fikrincə, İranın tonu dəyişib, əgər əvvəllər subtekstlə çox danışılırdısa, indi açıqdır: “İndi çox açıq şəkildə deyilir ki, bunlar bizim qırmızı xətlərimizdir. Bu da onu deməyə əsas verir ki, bizim tərəf əslində bu prosesi hər cəhətdən uğursuz edir. Ona görə də qarşı tərəf bu barədə danışmağa, problemi səsləndirməyə məcburdur”.

ELÇİN




Bölməyə aid digər xəbərlər