13:41 / 10-01-2025
Sabah yağış yağacaq
Xamenei fətvasını geri çəkə, İranın hərbi doktrinasını dəyişə bilər
Tarix: 25-05-2024 20:11 | Bölmə: Siyasət
Xamenei fətvasını geri çəkə, İranın hərbi doktrinasını dəyişə bilər

Ötən həftə İran prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb və nəticədə heyət tam tərkibdə həlak olub.

Reyting.az
-ın xəbərinə görə, “New York Times” qəzetindəki təhlildə iddia olunur ki, Rəisinin ölümü bütün dünyaya təsir edə bilər.

İran may ayının əvvəlində “Bizim nüvə bombası yaratmaq barədə qərarımız yoxdur, lakin İranın varlığına təhlükə olarsa, hərbi doktrinamızı dəyişməkdən başqa çarəmiz yoxdur”,- bəyanatına diqqət çəkən nəşr bunu Tehranın məsələyə baxışı kimi təqdim edib.



Təhlildə qeyd olunur ki, İranın dini lideri Xamenei 2000-ci illərin əvvəllərində nüvə silahının “dini baxımdan haram” olduğunu bəyan edərək, onun istifadəsini qadağan edən fətva verib. Amma İbrahim Rəisinin ölümündən sonra İran qanadı, xüsusən də İnqilab Keşikçiləri bu fitvanın dəyişdirilməsinin lazım olduğunu deməyə başlayıblar. İran tərəfinin bu fətvanı geri götürməsi ölkəyə qarşı yeni sanksiyalara səbəb olsa da, İran artıq bir müddətdir “Şimali Koreya” modelini mənimsədiyi üçün öz müharibə iqtisadiyyatını idarə edə bilir.

Məlumata görə, normal şəraitdə Rəisinin Xameneidən sonra dini lider olacağı gözlənilisə də, indi bu kürsüyə Ali dini liderin oğlundan başqa namizəd görünmür. ABŞ mətbuatı bu qeyri-müəyyənliyə görə İran qanadının yeni administrasiya dövründə daha çox nüvə hərəkətləri edə biləcəyini və bunun həm Yaxın Şərqə, həm də dünyaya təsir göstərəcəyini iddia edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər