13:41 / 10-01-2025
Sabah yağış yağacaq
Lavrov Çinin Rusiya və Ukrayna arasında dinc görüş təşkil etməsini istəyir
Tarix: 30-05-2024 18:54 | Bölmə: Siyasət
Lavrov Çinin Rusiya və Ukrayna arasında dinc görüş təşkil etməsini istəyir

Çin Rusiya Federasiyası və Ukraynanın iştirak edəcəyi sülh konfransı təşkil edə bilər.

Reyting.az
xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrovun sözlərinə görə, belə bir addım Çinin “Ukrayna böhranını” həll etmək səylərinin davamı olardı.

“Biz Çinin mövqeyini bölüşürük ki, əvvəlcə münaqişənin əsas səbəblərini aradan qaldırmaq və bütün tərəflərin qanuni maraqlarını qorumaq, ardınca isə bərabər və bölünməz təhlükəsizlik prinsipi əsasında razılaşmalar əldə etmək lazımdır. Bir daha qeyd edim ki, bunun üçün orada yaşayan insanların iradəsini əks etdirən yerdəki reallıqlara hörmət edilməlidir”, - Lavrov qeyd edib.

Xatırladaq ki, Rusiya dəfələrlə Ukrayna və Qərbi reallıqları, Rusiyanın uğurlarının tanınması şərti ilə danışıqlara çağırış etsə də, Kiyev bu təklifləri qəbul etmək istəməyib.

Lavrov həmçinin ABŞ-ı Ukraynaya yardım etdiyinə görə tənqid edib. Onun sözlərinə görə, Vaşinqton “Kiyev rejiminin cinayətlərində şərik” olur.

Lavrov əlavə edib ki, ABŞ daha bir münaqişənin alovunu Yaxın Şərqdə yandırır.

ELÇİN




Bölməyə aid digər xəbərlər