Deputat rus sektoruna gedən uşaqların sayının artmasından narahatdır
Tarix: 04-12-2018 13:27 | Bölmə: Siyasət
Deputat rus sektoruna gedən uşaqların sayının artmasından narahatdır

“İlbəil rus sektoruna gedən uşaqların sayı artır. Bu, şəxsən məni narahat edir. Biz bunun səbəbini öyrənməliyik. Nəyə görə müstəqil Azərbaycanda hər il rus sektoruna gedənlərin sayı artır?”

Reyting.az bildirir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin dekabrın 4-də keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Gövhər Baxşəliyeva deyib.

Xanım deputat rus dilinə qarşı olmadığını vurğulayıb.

“Biz tolerant xalqıq, rus dili böyük bir mədəniyyətin daşıyıcısıdır. Düşünürəm ki, uşağın ilk özünüdərki, milli şüuru ibtidai məktəbdə formalaşır. Son dərəcə vacibdir ki, azərbaycanlı uşaqlar ibtidai təhsillərini Azərbaycan dilində alsınlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər