13:41 / 10-01-2025
Sabah yağış yağacaq
İstintaq Komitəsi üsyankar keşişə rədd cavabı verib
Tarix: 03-06-2024 13:52 | Bölmə: Siyasət
İstintaq Komitəsi üsyankar keşişə rədd cavabı verib

Ermənistanda etiraz aksiyaları keçirən keşiş Baqrat Qalstanyan və tərəfdarları ölkənin İstintaq Komitəsinin rəhbəri ilə görüş tələb ediblər.

Reyting.az
-ın xəbərinə görə, Qalstanyan İstintaq Komitəsinə gələrək ölkədə baş verənlərə etirazını bildirib.

“İlk növbədə anlamaq istəyirik ki, İstintaq Komitəsi yalnız vətəndaşlara qarşı fəaliyyət göstərir, yoxsa bu müddət ərzində baş verən polis zorakılığına qarşı da tədbirlər görülüb?”,- “Vətən üçün Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan deyib.

O, əlavə edib ki, hüquq-mühafizə orqanı əməkdaşlarının aksiya iştirakçılarına işgəncə verməsi və buna görə məsuliyyət daşımaması yolverilməzdir.

“Biz tələb edirik ki, cənab Kyaramyan və ya başqa nümayəndə enib xalqla danışsın”, - Qalstanyan bildirib.

Arxiyepiskop bu gündən bütün səfirliklərə və Avropa İttifaqı nümayəndəliklərinə baş çəkəcəklərini və problemi onların qarşısında qaldıracaqlarını da deyib.

Keşiş növbədənkənar seçki mövzusuna toxunaraq bildirib ki, bu barədə danışmaq istəmir və zamanı gələndə bu mövzuya toxunacaq.

Qeyd edək ki, İstintaq Komitəsinin rəhbərliyi keşişi qəbul etməyib. Onun diqqətinə çatdırıblar ki, qəbul üçün rəsmi şəkildə ərizə ilə müraciət etsin.

E. KAMAL




Bölməyə aid digər xəbərlər