Türkiyə BRICS-ə üzv olmaq istəyir - Yenilənib
Tarix: 04-06-2024 13:47 | Bölmə: Siyasət
Türkiyə BRICS-ə üzv olmaq istəyir

"Türkiyə bu il ərzində BRICS-ə üzv olmaq niyyətindədir".

Reyting.az
xəbər verir ki, bunu Çinə səfəri zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O bildirib ki, bu məsələ quruma üzv dövlətlərin xarici işlər nazirlərinin Rusiyanın Nijni-Novqorod şəhərindəki görüşündə müzakirə olunacaq.

Hakan Fidan həmçinin BRICS ölkələrindən olan həmkarlarının Rusiyada keçiriləcək görüşündə iştirak etmək niyyətini açıqlayıb.

Qeyd edək ki, Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, İran, Misir və Efiopiyanın da daxil olduğu BRICS 2009-cu ilin iyununda Rusiya, Braziliya, Hindistan və Çin tərəfindən təsis olunub.(APA)

***

Onu da qeyd edək ki, Rusiya Türkiyənin BRICS-ə marağını alqışlayır.


Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlanma verib.

ELÇİN




Bölməyə aid digər xəbərlər