ABŞ Çini Ukrayna Sülh Sammitində iştiraka təşviq edir
Tarix: 07-06-2024 12:09 | Bölmə: Siyasət
ABŞ Çini Ukrayna Sülh Sammitində iştiraka təşviq edir

ABŞ Çini 15-16 iyunda İsveçrədə keçiriləcək Ukrayna Sülh Sammitində iştiraka təşviq edir.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə danışıb.

Dövlət Departamentinin sözçüsü bildirib ki, Pekin Vaşinqtonun Rusiya müdafiə sənayesinə kömək etdiyinə inandığı şirkətlərə təzyiqi artırmalıdır.

Bundan əvvəl Çinin sammitdə iştirakdan imtina etməsini şərh edən ABŞ Dövlət Departamenti bəyan edib ki, Çin istəsə, bu münaqişənin həllində faydalı diplomatik rol oynaya bilər.

Xatırladaq ki, bundan əvvəl Çin Xarici İşlər Nazirliyi bildirib ki, İsveçrədə keçirilən Qlobal Sülh Sammitində Pekinin təmsil olunması çətin məsələdir.

ELÇİN




Bölməyə aid digər xəbərlər