Fransalı siyasətçilər prezidentə qarşı: “Makron təhlükəli oyun oynayır”
Tarix: 07-06-2024 16:24 | Bölmə: Siyasət
Fransalı siyasətçilər prezidentə qarşı: “Makron təhlükəli oyun oynayır”

Fransanın bir sıra siyasətçisi prezident Emmanuel Makronun Ukraynadakı müharibə ilə bağlı siyasətini dəstəkləmir. Onlar “Mirage” təyyarələrinin Ukrayna Müdafiə Qüvvələrinə göndərilməsini tənqid edərək, Fransa prezidentinin “təhlükəli oyun” oynadığını deyirlər.

Reyting.az
xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri yazıb.

“Cənab Zelenskinin bununla heç bir əlaqəsi yoxdur, ondan son anda gəlib bunun üçün müdaxilə etməsi xahiş olunub. Makron iki il Ukraynanı alətləşdirdi, prezidentlik kampaniyası zamanı bunu etdi, indi də bunu davam etdirir, demək olar ki, ürək bulandırır”, - Milli İttifaqın prezidenti Cordan Bardella vurğulayıb.

Eyni zamanda, ölkənin rusiyayönlü siyasətçilərindən biri olan Marin Le Pen Zelenskinin Fransaya dəvət edilməsinin sadəcə “vətəndaşların fikirlərini manipulyasiya etmək istəyi” olduğunu bildirib.

“Mən Zelenskini Assambleyada salamlamağa şadam, o, həmişə xoşdur, lakin onun Avropa seçkiləri üçün kampaniyanın bitməsinə bir neçə saat qalmış cümə günü səfəri ictimai rəyi manipulyasiya etmək istəyidir”,- Le Pen deyib.

Radikal sol LFI partiyasının üzvü Manon Aubri də “Mirage” təyyarələrinin Ukraynaya çatdırılmasına qarşı çıxıb.

Fransa Kommunist Partiyasının baş katibi Fabien Roussel isə əlavə edib ki, o, öz növbəsində eskalasiyanı pisləyir və ölkəsinin müharibəyə sürüklənməsini istəmir.

Qeyd edək ki, dünən prezident Makron Fransanın “Mirage 2000” qırıcılarını Ukraynaya təhvil verəcəyini və ukraynalı pilotlara təyyarələri idarə etməyi öyrədəcəyini açıqlayıb. Bildirilir ki, bu təyyarələr hava döyüşləri üçün optimallaşdırılıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər