Zatulin: “Ermənistanın KTMT-dən çıxması...”
Tarix: 13-06-2024 15:23 | Bölmə: Siyasət
Zatulin: “Ermənistanın KTMT-dən çıxması...”

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarı ölkənin yenidən Qərbə istiqamətlənməsini göstərir. Baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra bu kursu davam etdirir.

Reyting.az
xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Gazeta.Ru-ya deyib.

K. Zatulin qeyd edib ki, Paşinyan öz kursu ilə gedir: “2022-ci ilə nəzər salsaq, hesab edirəm ki, Nikol Paşinyanın gəlişi əvvəldən Ermənistanı Qərbə yönləndirmək ideyalarından ilhamlanıb. O cümlədən, Qarabağın və Qarabağ “xalqının” gələcək taleyi üçün məsuliyyəti Rusiyanın üzərinə qoyarkən, Paşinyanın cəsarətlə uduzduğu Qarabağ müharibəsi əlverişsiz şəraitdən daha çox ümumi planın həlqəsi idi”.

Deputat bildirib ki, Rusiya Paşinyanın siyasətinə məhəl qoymamağa çalışmaqla və əməkdaşlıq imkanlarına inanmaqda davam etməklə çox şey itirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}