Köçəryan özü istintaq təcridxanasına gedib
Tarix: 07-12-2018 20:56 | Bölmə: Siyasət
Köçəryan özü istintaq təcridxanasına gedib

Apellyasiya məhkəməsinin qərarı ilə yenidən həbs olunan Ermənistanın keçmiş prezidenti Robert Köçərya “Yerevan-mərkəz” istintaq təcridxanasına özü gedib.

Reyting.az Ermənistan mediasına istinadən bildirir ki, o, 2008-ci ildə konstitusiya quruluşunu devirməkdə günahkar bilinir.

- Köçəryan müstəntiqin çağırışını gözləmədən özü istintaq təcridxanasına yollanıb, - onun vəkli Ayk Alumyan jurnalistlərə belə deyib.

Bununla belə, Ermənistanın ikinci prezidenti günahını boynuna almır və bəyan edir ki, “bu hazırkı hakimiyyətin siyası təqibidir.

- Bu mənə və ailəmə qarşı həyata keçirilən vendettadır, - Köçəryanın media üçün oxunulan bəyanatında deyilir.

Köçəryan 10 il – 1998-ci il martın 30-dan 2003-cü il aprelin 9-dək hakimiyyətdə olub. .

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər