Ter-Petrosyan Qarabağ münaqişəsindən danışdı
Tarix: 09-12-2018 15:41 | Bölmə: Siyasət
Ter-Petrosyan Qarabağ münaqişəsindən danışdı

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan növbədənkənar parlament seçkilərində səs verib.

Reyting.az Ermənistan mediasına istinadən bildirir ki, o, sülhə səs verdiyini söyləyib.

Ölkədə baş verən inqilaba və Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin fəaliyyətinə münasibətlə bağlı suala cavabında Ter-Petrosyan qeyd edib ki, bu, təbliğat kimi qiymətləndirilə bilər.

“Siz qanunu pozursunuz”, - o, vurğulayıb.

Qarabağ münaqişəsinin nizamlanması ətrafında gedən proseslə bağlı narahatlığa gəldikdə, birinci prezident deyib: “Erməni xalqı arasında elə adam var ki, bir narahatlıq hiss etməsin?”

O, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın 1 mart işi ilə bağlı həbsinə də mövqeyini açıqlayıb: “Bunun hamısı təbliğatdır, danışmaq olmaz”.

Əlavə edək ki, bu gün Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan da səs verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər