Ukrayna ordusu irəliləyir - Fotolar
Tarix: 26-06-2024 08:24 | Bölmə: Siyasət
Ukrayna ordusu irəliləyir

Ukraynada genişmiqyaslı müharibə davam edir və Ukrayna ordusu Volçansk şəhəri (Xarkov vilayəti) istiqamətində irəliləyir.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ-nın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.

İnstitut geolokasiya görüntülərinə istinadla qeyd edib ki, Ukrayna müdafiəçiləri Volçanskinin Soborna küçəsi ilə bir qədər irəli gedib:

“Ukrayna qoşunları 25 iyunda Xarkov vilayətinin şimalında davam edən döyüşlər fonunda Volçanskda (Xarkovun şimal-şərqində) irəliləyib. Döyüşlər Xarkovdan şimalda - Liptsy və Qlubokoe yaxınlığında və Xarkovdan şimal-şərqdə - Volçansk və Tixoy yaxınlığında davam edir”.

Xatırladaq ki, Rusiya ordusu mayın əvvəlində Xarkov vilayətində bir neçə yaşayış məntəqəsini ələ keçirib. İyunun əvvəlində isə məlum olub ki, Ukrayna ordusu Volçanskın təxminən 70 faizinə nəzarət edir.




E. KAMAL




Bölməyə aid digər xəbərlər