Rus qoşunları iki istiqamətdə irəliləyib
Tarix: 27-06-2024 14:19 | Bölmə: Siyasət
Rus qoşunları iki istiqamətdə irəliləyib

Rusiya qoşunları Ukrayna cəbhəsinin Staromixaylovski istiqamətində eyni vaxtda iki sektorda irəliləməyi bacarıb.

Reyting.az
-ın məlumatına görə, bunu "Strategiya XXI" Qlobal Araşdırmalar Mərkəzinin təhlükəsizlik proqramlarının rəhbəri, Ukrayna Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan birinci dərəcəli kapitanı Pavel Lakiyçuk bildirib.

Onun sözlərinə görə, bəzi ərazilərdə vəziyyət ağır olaraq qalır. Bu, keçmiş Maryanskoe və Staromixaylovski istiqamətləridir - hansı ki, rus qoşunları irəliləyir.

P. Lakiyçuk deyib ki, bəzi yerlərdə rusların sayı ilə Müdafiə Qüvvələrinə təzyiq etmək taktikası kritik nəticələrə gətirib çıxarır. Yəni kəmiyyət bəzən keyfiyyətə çevrilir.

Lakiyçuk xatırladıb ki, Kupyansk-Liman istiqamətində də ağır döyüşlər gedir:

“Bu istiqaməti ikinci dərəcəli hesab etmək olar, lakin onun yardımçı zərbə olması o demək deyil ki, oradakı döyüşlər daha az amansız və daha az şiddətlidir, buna baxmayaraq indiyə qədər ciddi uğur əldə olunmayıb”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}