Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 13-05-2016 13:22 | Bölmə: Siyasət

"Nəticələrin aradan qaldırılması istiqamətində həlledici mərhələyə qədəm qoyulub. Azərbaycanın bütün resursları işğalın nəticələrinin aradan qaldırılması, ərazi bütövlüyünün bərpa olunması istiqamətində mübarizəyə yönəlib”.
Reyting.az xəbər verir ki, bu sözləri bu gün Milli Məclisdə "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda keçirilən dinləmələr zamanı xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Nazir müavini bildirib ki, münaqişənin həllində yeni mərhələyə qədəm qoymuşuq:
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin yeni mərhələsinə qədəm qoymuşuq.Bu təcavüzün hərbi, siyasi, humanitar təhlükəsi var.Bu münaqişəsinin kökündə qonşu dövlətin Azərbaycana qarşı ərazi iddiaları durur. Məsələnin siyasi kökü budur. Bu münaqişə daxili münaqişə deyil, beynəlxalq münaqişədir. Ermənistan açıq-aşkar Azərbayana qarşı ərazi iddiaları irəli sürür. Bu, onların dövlət siyasətidir. Təəssüflər olsun ki, bu münaqişə "Dağlıq Qarabağ münaqişəsi" adlandırılır. Əslində, bu, Ermənistanla Azərbaycan arasında olan münaqişədir. Bütün dövrlərdə münaqişənin həlli prosesində ədalətsiz mövqe ilə rastlaşmışıq. 24 ildir, danışıqlar aparılır, amma münaqişənin sülh yolu ilə həlli istiqamətində addım atılmayıb. Ermənistan istədiyi halda danışıqları pozmaq üçün təxribata əl atıb. Onlar danışıqların sürətləndiyi dövrlərdə sərhəd və təmas xəttində təxribatlara əl atıb. Bununla onlar öz maraqlarını həyata keçirmək istəyirlər”.
X.Xələfov qeyd edib ki, münaqişənin kökündə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları durur:
"Məqsədləri də işğalın nəticələrini dünya birliyinə tanıtdırmaqdır. Mən 1992-ci ildə Helsinkidə qəbul olunmuş təcavüzün tənzimlənməsi üçün siyasi formatın yaradılmasına dair qərar barədə danışmaq istəyirəm. Bu münaqişə daxili münaqişə deyil, beynəlxalq münaqişədir. Çünki bunun kökündə qonşu ölkənin Azərbaycana hərbi təcavüzü, dövlət səviyyəsində Azərbaycana qarşı ərazi iddiaları var. Mən bəzi məqamları da ilk dəfə açıqlayacağam. Çox təəssüf ki, Helsinkidə qərar qəbul edilən zaman bunu "Dağlıq Qarabağ münaqişəsi" adlandırdılar. Bu, ikili standart idi. Azərbaycanın hakimiyyəti o dövrdə bunun qarşısını ala bilmədi. Əslində bu, Ermənistan və Azərbaycan arasında olan bir münaqişədir, bunun kökündə də Ermənistanın Azərbaycana hərbi təcavüzü, işğal durur. Ermənistanın müstəqillik aktında da Dağlıq Qarabağın Ermənistana birləşməsinə istinad etmişdilər. Ermənistan dövlət kimi Qarabağa qarşı ərazi iddialarını ilk mərhələdə irəli sürmüşdü”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər