Ceyhun Bayramov Gürcüstanın parlament sədri ilə görüşüb
Tarix: 27-06-2024 15:29 | Bölmə: Siyasət
Ceyhun Bayramov Gürcüstanın parlament sədri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin parlament sədri Şalva Papuaşvili ilə görüşüb.

Reyting.az
"Report"-a istinadla verir ki, görüşdə iki ölkənin müxtəlif qurumları, eləcə də parlamentlər arasında əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.

Bildirilib ki, parlamentlər ölkələr arasında münasibətlərin daha da genişlənməsi və möhkəmlənməsində mühim rol oynayırlar.

Qeyd edilib ki, regional sülh və sabitliyin əldə olunmasında da parlament diplomatiyası xüsusi rola malikdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.




Bölməyə aid digər xəbərlər