Türkiyə və Ermənistan nümayəndələrinin görüşü təxirə salınıb
Tarix: 01-07-2024 18:05 | Bölmə: Siyasət
Türkiyə və Ermənistan nümayəndələrinin görüşü təxirə salınıb

Ankara Türkiyə və Ermənistan nümayəndələri arasında iyulun 2-nə planlaşdırılan görüşdən imtina edib.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı Ermənistanın müxalifət mediası diplomtik mənbələrə istinadla yayıb.

Bundan əvvəl xəbər verilmişdi ki, iyulun 2-də Ermənistan-Türkiyə sərhədində iki ölkə nümayəndələrinin görüşü planlaşdırılır.

“Son anda Türkiyə tərəfi görüşdən imtina etdi. Qərarın rəsmi səbəbləri açıqlanmayıb”, - mənbə bildirib.

Qeyd edilir ki, iclasın ləğv edilib-edilmədiyi hələlik məlum deyil.

Bundan öncə, Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan deyib ki, uzun müddətdir rəsmi görüş olmayıb, amma yeni görüş olacaq: “Ermənistan və Türkiyə nümayəndələri arasında yeni görüşün baş tutacağına dair razılığa gəldik və hələlik yerlə bağlı razılaşmamız yoxdur”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər