Müsavat Partiyası seçki ilə bağlı toplanacaq
Tarix: 01-07-2024 18:08 | Bölmə: Siyasət
Müsavat Partiyası seçki ilə bağlı toplanacaq

Müsavat Partiyası Ali Məclisinin növbədənkənar sessiyasını çağırıb.

Reyting.az
xəbər verir ki, bu barədə Müsavat Divanının bu gün keçirilmiş iclasında qərar verilib.

Partiya başqanı İsa Qəmbər bildirib ki, Azərbaycanda sentyabrın 1-nə təyin olunmuş növbədənkənar seçkilərlə bağlı məsələ müzakirə olunub, müvafiq bəyanat qəbul edilib.

Divan məsələnin daha geniş tərkibdə müzakirə olunması üçün iyulun 4-də partiya Məclisinin növbədənkənar sessiyasının keçirilməsi barədə qərar qəbul edib.

Parriya Bəyanatında bildirir ki, son illərdə Azərbaycanda siyasi qurumlar və cəmiyyətdən gələn çağırışlara baxmayaraq Milli Məclisə seçkilər ərəfəsində də zəruri siyasi islahatlar həyata keçirilməyib.

Müsavat Partiyası indiki şəraitdə ölkədə qismən də olsa demokratik seçkilərin keçirilməsinin tarixi zərurət olduğunu xatırladaraq Azərbaycan hakimiyyətini seçki ərəfəsi və seçki kampaniyası dövründə seçki komissiyalarının fəaliyyətinə etimadın artırılması üçün əməli addımlar atmağa çağırıb.




Bölməyə aid digər xəbərlər