Karakas Vaşinqtonla danışıqlara gedir
Tarix: 02-07-2024 08:22 | Bölmə: Siyasət
Karakas Vaşinqtonla danışıqlara gedir

Venesuela iki ölkə arasında münasibətləri bərpa etmək üçün ABŞ-la birbaşa danışıqlara gedir.

Reyting.az
xəbər verir ki, bu barədə Bolivar Respublikasının Prezidenti Nikolas Maduro “Venezolana de Televisión” telekanalının “Maduro Plus ilə” proqramında bəyan edib.

O, ABŞ-la birbaşa danışıqların bərpa olunduğunu açıqlayıb: “Mən ABŞ hökumətinin birbaşa dialoqu bərpa etmək təklifini qəbul etdim”.

Maduro, həmçinin qeyd edib ki, iyulun 3-də başlayacaq danışıqlarda “milli dialoqun rəhbəri” olan Milli Assambleyanın (Parlament) sədri Xorxe Rodriges Qomes və onun nümayəndəsi Hektor Rodriges Kastro iştirak edəcəklər.

Beləliklə, uzun fasilədən sonra Venesuela ABŞ-la danışıqları bərpa edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər