Türkiyəyə qarşı təxribat: ordu prosesə müdaxilə edib - Video
Tarix: 02-07-2024 09:03 | Bölmə: Siyasət
Türkiyəyə qarşı təxribat: ordu prosesə müdaxilə edib

Türkiyənin “Fərat Qalxanı” əməliyyatı ilə Suriyada nəzarət altına aldığı ərazilərdə təxribatçı qruplar gərginlik yaradıb.

Reyting.az
-ın xəbərinə görə, dünən təxribatçılar Türkiyədən gələn yük avtomobillərinə hücum edib, bu ölkənin bayrağını endirərək cırıblar.

Türk əsgəriləri təxribatçıları qovmaq üçün havaya atəş açıb. Qubernatorluq binasına girməyə cəhd edən təxribatçılardan biri ayağından güllə yarası alıb.

Mənbələr Türkiyə döyüş təyyarələrinin bölgədə aşağı məsafədən uçduğunu bildirir.

Suriya Müvəqqəti Hökuməti hadisələrin Türkiyə-Suriya münasibətlərinə xələl gətirdiyini vurğulayaraq, təxribat xarakterli hücum çağırışlarına məhəl qoymamağa çağırış edib.

Video:My Webpage

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}