Zakir Həsənov Minskə gedib
Tarix: 02-07-2024 15:31 | Bölmə: Siyasət
Zakir Həsənov Minskə gedib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 2-də Belarusa səfər edib.

Reyting.az
Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Minsk şəhərində keçiriləcək bu ölkənin alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümü və Müstəqillik Gününə həsr olunmuş hərbi paradda, həmçinin Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirakı planlaşdırılır.

Müdafiə nazirinin rəsmi səfəri iyulun 3-dək davam edəcək.




Bölməyə aid digər xəbərlər