YAP İdarə Heyəti sabah iclası keçirəcək - Seçki ilə bağlı
Tarix: 02-07-2024 17:36 | Bölmə: Siyasət
YAP İdarə Heyəti sabah iclası keçirəcək - Seçki ilə bağlı

Sabah - iyulun 3-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

Məlumata görə, iclasda partiya Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakla bağlı qərar qəbul edəcək.

Toplantıda parlament seçkilərində YAP-ın səlahiyyətli nümayəndələri təyin olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}